Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus TCG Sancaktar və TCG Bayraktar amfibiya gəmiləri Türkiyə Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi ilə koordinasiyada İsrailin hücumlarını davam etdirdiyi Livana 300 ton humanitar yardım çatdırıb. Məlumatı “Anadolu” verib.
Bağışlayanların koordinasiyasında toplanan ərzaq, adyal və çadırlardan ibarət humanitar yardım Mersində yerləşən Aralıq dənizi Regional Sahil Təhlükəsizlik Komandanlığından göndərilib.
Livandan təxliyə üzrə Missioner Qrupunun komandiri kontradmiral Nikhat Baran gəmiləri səfərə göndərməzdən əvvəl missiyanın şəxsi heyətinə müraciət edərək onlara uğurlar arzulayıb.
TCG Sancaktar və TCG Bayraktar 2 freqat və 2 patrul gəmisinin müşayiəti ilə Beyrut limanına çatıb və limanda lövbər salıb.
Humanitar yüklər prosedurlar başa çatdıqdan sonra Beyrut limanında boşaldılacaq.
Humanitar yardımların limanda boşaldılmasından sonra həmin gəmi ilə əksəriyyəti Türkiyə vətəndaşı olan mülki şəxslərin təxliyyəsi başlayacaq.
P.ƏMİRCANOV
XQ