Marketə saxta pullar təqdim edilib

post-img

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 9-da metro stansiyalarından birinin keçidində yerləşən piştaxtadan 62 ədəd lotereya biletini oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti yayıb.

Məlumata görə, Türkan qəsəbəsi ərazisində yerləşən marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əskinas verilməsi barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə