Mayın 14-də Gürcüstan parlamentində xarici agentlər haqqında qanuna baxılması ilə bağlı iclasda deputatlar arasıənda dava düşüb. Məlumatı “İzvestiya.ru” verib.
Görüşün yarımçıq kəsildiyi qeyd edilir. Parlament çoxluğunu təşkil edən deputatlarla müxalif Vahid Milli Hərəkat arasında toqquşma olub. Bu səbəbdən parlamentin spikeri Şalva Papuaşvili texniki fasilə elan edib.
Deputatlardan biri müxalifət lideri Levan Xabeişviliyə şüşə atıb. Qısa fasilədən sonra iclas davam etdirilib.
“Gürcü arzusu”nun deputatı Nino Tsilosaninin “Sputnik Gürcüstan” Teleqram kanalına istinadən verdiyi məlumata görə, xarici agentlər haqqında qanunun əleyhdarları çirkin oyunun iştirakçılarına çevriliblər.
Səhər saatlarında etirazçılar parlament binası qarşısında toplaşıblar. Polis onları sıxışdırmağa başlayıb.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanda baş verənləri ölkənin daxili işi adlandırıb.
P.ƏMİRCANOV
XQ