Binəqədidə soyğunçuluq, Nərimanovda oğurluq

post-img

Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin içində  mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.  

P.ƏMİRCANOV
XQ

Hadisə