Bakıda avtomobil alovlanıb

post-img

Hadisə Səbail rayonu, İzzət Nəbiyev küçəsində qeydə alınıb. Belə ki, "Chevrolet" markatlı avtomaşında yaranmış qısaqapanma nəticəsində alovlanma baş verib. Nəticədə yol kənarında dayanan digər "Toyota" markalı avtomaşına da yanğın sıçrayıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Yanğın söndürülüb və  ətrafa yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Hadisə