Siyəzəndə qəza hadisəsi baş verib

post-img

Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə zamanı 1961-ci il təvəllüdlü Quliyev Əliyoldaş Həmid oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1983-cü il təvəllüdlü Cığəliyev Zaur Böyükağa oğlunun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.  "VAZ 2106"-nın sürücüsü Əliyoldaş Quliyev hadisə yerində ölüb. “Opel”in sürücüsü Zaur Cığəliyev və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Həsənov Rəşid Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri  alıb.  Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hadisə