“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1081-VIQD nömrəli Qanununun tətbiqi və “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli 1402 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1081-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli 1402 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 736 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 1-ci hissəsinə “işçilərinin” sözündən sonra “və prokurorluq orqanlarının digər əməkdaşlarının” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:
1.2.1. adına “işçilərinin” sözündən sonra “və prokurorluq orqanlarının digər əməkdaşlarının” sözləri əlavə edilsin;
1.2.2. 1.2-ci bəndə “işçilərinin” sözündən sonra “və prokurorluq orqanlarının digər əməkdaşlarının (bundan sonra – əməkdaşlar)” sözləri əlavə edilsin;
1.2.3. 3.1-ci bənd üzrə:
1.2.3.1. birinci abzasda “prokurorluq işçilərinin (bundan sonra – işçilər)” sözləri “əməkdaşların” sözü ilə əvəz edilsin;
1.2.3.2. 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərdə “işçilərin” sözü “əməkdaşların” sözü ilə əvəz edilsin;
1.2.3.3. 3.1.3-cü yarımbənddə “işçilər” sözü “əməkdaşlar” sözü ilə əvəz edilsin;
1.2.4. 3.4-cü bənddə “işçinin” sözü “əməkdaşın” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1081-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2024-cü il