AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

post-img

Dövlət gənclər siyasətinin uğurla icrasına dəstək vermək, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərləri naminə birgə fəaliyyətini gücləndirmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.

Şuranın sədri MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Cavid Məmmədli, sədr müavini Könül Hüseynova, üzvü isə Aliyə Cəfərova seçilib.

Qeyd edək ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək, əsas məqsədi isə gənclərin milli-mənəvi dəyərlər, intellektual inkişaf, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verməkdir.

XQ







Elm