Azərbaycanlı alim beynəlxalq elmi arenada

post-img

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd növbəti nüfuzlu beynəlxalq uğura imza atıb. O, 52 ölkəni təmsil edən 130 alimin səs çoxluğu ilə Asiya Elmlər Akademiyasının  üzvü seçilib.

 Çin Xalq Respublikasında təsis olunmuş Asiya Elmlər Akademiyası elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Asiyanın müxtəlif regionlarından olan alimlər arasında elmi inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır. Akademiyanın əsas qərargahı Honkonq şəhərində yerləşir və qitə miqyasında aparıcı elmi platformalardan birinə çevrilməkdədir.

Professor Vüqar Əhmədin bu akademiyaya üzv seçilməsi onun uzunillik elmi fəaliyyətinin, ədəbiyyatşünaslıq və publisistika sahəsində apardığı fundamental tədqiqatların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, alim indiyədək bir sıra beynəlxalq elmi və ədəbi akademiyalara üzv seçilmiş, müxtəlif ölkələrin akademik qurumları tərəfindən medallar və fəxri diplomlarla təltif olunmuşdur.

XQ

Elm