İlin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

post-img

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə dekabrın 20-də ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhərinin Nizami rayonunda keçiriləcək.

XQ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka (banka), 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.

Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də hədiyyələr qazana bilərlər.

Festival saat 12:00-14:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi, 5-də (metronun “Qara Qarayev” stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı) keçiriləcək.

Sosial həyat