BDU-nun əməkdaşı “YAŞAT” Fondunun I intellektual marafonunda “Ən rəqabətçi oyunçu” seçilib

post-img

"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün I intellektual marafon keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin əməkdaşı, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Aysu Əmrahova marafonda kapitanlar arasında “Ən rəqabətçi oyunçu” seçilərək, mükafata layiq görülüb.

Qeyd edək ki, Aysu Əmrahova 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış kiçik çavuş Saməddin Əmrahovun övladıdır.





Elm