Heykəltaraş, monumentalist rəssam və Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli ürək tutmasından dünyasını dəyişib. Bu barədə onun köməkçisi Sergey Şaqulaşvili məlumat verib. Tseretelinin ölüm xəbəri bu gün, aprelin 22-də açıqlanıb. Onun 91 yaşı vardı.
“Ürəyi dayandı... Peredelkinodakı evdə, işlərinin əhatəsində”, - Şaqulaşvili RİA Novosti-yə bildirib. O, sənətçinin heç bir xəstəliyinin olmadığını qeyd edib.
Zurab Sereteli 1960-cı illərin sonlarından monumental sənət sahəsində çalışıb. O, üçdən çox heykəltəraşlıq və monumental dekorativ əsərlərin yaradıcısıdır. Xüsusilə, Böyük Pyotrun abidəsinin və Moskvanın Poklonnaya təpəsindəki xatirə kompleksinin müəllifi olub, “Yalta-İnturist” mehmanxana kompleksinin layihəsinin hazırlanmasında iştirak edib. Onun heykəllərinə dünyanın bir çox ölkələrində, o cümlədən Braziliya, Böyük Britaniya, ABŞ, Fransa və Yaponiyada da rast gəlmək olar.
O, 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasına rəhbərlik edir. 2003-cü ildə prezident Vladimir Putin ona Rusiya vətəndaşlığını verib.
P.ƏMİRCANOV
XQ