Ərdoğanın oğlu Rusiyaya sevgisindən danışıb

post-img

Dünya Etnoidman Konfederasiyasının rəhbəri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğan TASS-a müsahibəsində Rusiyaya simpatiyasını ifadə edib. Məlumatı “Kommersant” yayıb.  

“Əlbəttə, Rusiyaya gəlməyi xoşlayıram. Hətta Yakutskda da olmuşam, Moskvada, Sankt-Peterburqda, Kazanda, Soçidə də”, - o deyib.

İş adamı ölkədə çoxlu etnik qrupların yaşadığına görə rus mətbəxinə yaxın olduğunu bildirib: “Mətbəx zəngindir və mənim çox xoşuma gəlir. Bundan əlavə, Rusiyada bir çox türk xalqları yaşayır və onların bir çox cəhətdən bizə yaxın və tanış olan kulinariya ənənələri rus mətbəxinə də daxil olub”.

Necməddin Bilal Ərdoğan Rəcəb Tayyib Ərdoğanın dördüncü və ən kiçik oğludur. 23 aprel 1981-ci ildə anadan olub. 2015-ci ildə İstanbulda yaradılan Dünya Etno-idman Konfederasiyasına rəhbərlik edir. O, Türkiyənin “Tuğva” gənclər fondunu idarə edir və bizneslə məşğuldur.

P.ƏMİRCANOV
XQ

Dünya