Şərqşünas alim Britaniyada keçirilən beynəlxalq konfransda məruzə edib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov 24-26 yanvar tarixlərində Böyük Britaniyada keçirilən II Beynəlxalq Britaniya Konfransına onlayn şəkildə qatılaraq məruzə ilə çıxış edib. 

Dilçi alimin “Ərəb və ibri dillərində isimlərin tərkibdə işlənməsi” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Londonun Ali Məhkəmə Binasında təşkil olunan elmi platformaya dünyanın 20-dən çox ölkəsindən dəyərli elm adamları, tədqiqatçılar qatılıb.

Elm