Dünən İslamabadda Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclası davam etdirilib.
Müzakirələrdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi vətəndaşlar üçün təhsil alma imkanları, o cümlədən elm və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.
İclas zamanı siyasi, sosial,
iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yekun protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər də əksini tapıb.
Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.
XQ