AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən təyyarənin ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin – 1 kişi və 3 qadının xəstəxana müalicəsi davam etdirilir.
Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB son məlumatında bildirilir ki, reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti hələ də ağır sabitdir. Stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumatda xatırladılır ki, Aktaudan Yeni Klinikaya gətirilmiş 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin reanimasiya şöbəsinə, 13 nəfər isə stasionar şöbəyə qəbul edilmişdi. Onların hər birini ixtisaslı həkim-mütəxəssislər müayinə və müalicə ediblər. Xəsarət alanlardan 3 nəfər cərrahi əməliyyat edilib. Yaralıların 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələrinə yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri nəzarət edirlər.
XQ