Milli mətbuatımızın da yubiley medalı olacaq

post-img

Azərbaycan milli-mənəvi dəyərləri sistemində önəmli yeri olan milli mətbuatımızın bu il 150 yaşı tamam olur. Əlamətdar tarixin ümumxalq təntənəsi kimi qeyd edilməsi üçün hazırlıq tədbirlərinə start verilib.

Yubiley münasibətilə xatirə medalının təsis edilməsi də nəzərdə tutulub. Bu yenilik “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Qanun layihəsi dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. İlkin oxunuşda qəbul edilən sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı milli jurnalistikamın inkişafında xüsusi xidmətləri olan, media fəaliyyəti ilə sıx bağlı olan insanlara veriləcək.

Mədəniyyət