Azərbaycanlı alim Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü seçilib

post-img

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev Berlində yerləşən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin rəhbəri, departamentlər və komissiyalar üzrə icraçı direktoru professor Svend Hansenin imzaladığı rəsmi təbrik məktubunda məlumat verilib. Həmçinin məktuba Fərhad Quliyevin müxbir üzv seçilməsi barədə Almaniya Arxeologiya İnstitutunun prezidenti professor Friederike Fless tərəfindən imzalanmış rəsmi bildiriş əlavə olunub.

Almaniya Arxeologiya İnstitutunun indiyədək 2315 müxbir üzvü müxtəlif ölkələri təmsil edən tanınmış arxeoloqlardır. İlk dəfə olaraq azərbaycanlı arxeoloq bu elmi ada layiq görülüb.

Elm