Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalovun “Kimya üzrə Nobel mükafatçıları” adlı dərs vəsaiti çapdan çıxıb.
Bu barədə kitabın elmi redaktoru ADPU-nun Analitik və üzvi kimya kafedrasının dosenti Hüsü İbrahimov bildirib. Onun sözlərinə görə, ADPU-nun yeni tədris proqramlarına uyğun olaraq hazırlanmış dərs vəsaitində kimya elminin inkişafında böyük xidmətlər göstərmiş alimlərin həyat və elmi yaradıcılıqları haqqında ətraflı bəhs edilir.
“Professor Hüseyn Qurbanov, dosentlər Kərim Quliyev, Nizami Quliyev və Ülviyyə Abasquliyevanın rəy verdikləri dərs vəsaiti kimya və biologiya ixtisasları üzrə təhsil alan tələbələr və doktorantlar, müəllimlər, elmi işçilər üçün dəyərli mənbədir”, - deyə H.İbrahimov əlavə edib.