ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib

post-img

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, oktyabrın 7-dən 13-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 141, tank əleyhinə 64 mina və 625 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1198.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sosial həyat