Ümumi orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

post-img

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı “portal.edu.az” platforması vasitəsilə aparılacaq.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Abituriyentlər avqustun 12-dən 20-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/  platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Elm