İyulun 29-dan avqustun 4-dək Moskvada COVID-19-a 2524 yoluxma halı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bunu koronavirus üzrə federal qərargahın həftəlik hesabatının məlumatları təsdiq edir.
Paytaxt üzrə hesabatda deyilir: “Həftə ərzində 2524 yoluxma halı aşkar olunub, 131 nəfər xəstəxanaya yerləşdirilib, 1884 nəfər sağalıb, ölüm halı yoxdur”.