Fransada “sarı jiletlilər” yenidən fəallaşır

post-img

Fransada “sarı jiletlilər” (Gilets Jaunes) sentyabrın 6-da yenidən etiraz nümayişlərinə başlayacaqlar.

Bu barədə “manifestationgiletsjaunesparis” saytı məlumat yayıb. Məlumatda “sarı jiletlilər”in hökumətdən tələbləri göstərilib. Bildirilir ki, “sarı jiletlilər” Vətəndaş Təşəbbüsü Referendumunun (RİC) Konstitusiyaya daxil edilməsi, əsas mediaların qərəzsiz olması, ümumi qiymət artımının - elektrik, qaz, ərzaq, benzin kimi gündəlik tələbatların qiymətinin artırılmasının qarşısının alınması, vergilərin azaldılması və digər tələblər irəli sürürlər.

Onların tələbləri arasında, həmçinin Fransanın Avropa İttifaqından, eləcə də NATO-dan çıxmaqla bağlı referendumun keçirilməsi yer alır.

“Sarı jiletlilər” bu dəfə inflyasiya nəzərə alınmaqla maaşların və pensiyaların artırılmasını, Ukrayna və Yaxın Şərqdə münaqişəyə son qoyulmasını tələb edərək, Ukraynaya hərbi qüvvələrin göndərilməsinə qarşı olduqlarını bildirirlər.

Sarı Jiletlilər Birliyi bildirib ki, etiraz nümayişləri sentyabrın ilk şənbə günündən yenidən başlayacaq.

Dünya