Harris vitse-prezidentliyə namizədini seçdi

post-img

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris vitse-prezidentliyə namizədi ilə bağlı qərarını verib. Prosesə yaxın olan 4 nəfər CNN-ə bildirib ki, sözügedən şəxs Minnesota qubernatoru Tim Valzdır.

Valzın qərargahın sevimlisi olduğu qeyd edilir. Mənbələrin sözlərinə görə, işçilər vitse-prezidentin açıqlamasını səbirsizliklə gözləyirlər.

Jurnalistlərin bildirdiyinə görə, sabiq pedaqoq Valz Minnesota qubernatoru kimi ikinci müddətə xidmət edir. O, əvvəllər respublikaçıların üstünlük təşkil etdiyi mühafizəkar, kənd dairəsini təmsil edən Konqresdə 12 il xidmət edib.

S.ELAY

XQ

Dünya