Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ali Təhsil Komissiyasının sədri Muxtar Əhməd ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, tələbə mübadiləsinin artırılması və təhsil işçilərinin qarşılıqlı səfərlərinin intensivləşməsi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına əsaslı təkan verər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.