Təhsildə inkişaf və innovasiyalar üzrə layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankı formalaşdırılır

post-img

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək.

Namizədlərə qoyulan tələblər:

1. Ali təhsil;

2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə;

3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək);

4. İKT-dən istifadə bacarığı;

5. Komandada işləmək və əməkdaşlıq bacarığı;

6. Qiymətləndirmə və rəy yazmaq bacarığı.

Müraciətlər martın 29-dək qəbul ediləcək. Tələblərə cavab verən şəxslər müraciətlərini nazirliyin saytında müvafiq link vasitəsilə göndərə bilərlər.

Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.

Elm