Kölndə Azərbaycan icması ilə görüş keçirilib

post-img

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Evinin, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayevin və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevin icma ilə görüşü keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə səfir Nəsimi Ağayev, icraçı direktor Əkrəm Abdullayev, Azərbaycan Diasporuna Dəstək Fondunun Almaniya-Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli, Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev çıxış edib.

Səfir Nəsimi Ağayev icma ilə münasibətlərin, birgə tədbirlərin önəmindən, Almaniyada son illərdə görülən işlərdən, eyni zamanda Almaniyada erməni tərəfinin başladığı bəzi tədbirlərdən və onlara qarşı dövlət, həmçinin icmanın reaksiyalardan danışıb.

Əkrəm Abdullayev diasporun son illərdə inkişafından, fəaliyyətindən, Azərbaycan Diasporuna Dəstək Fondunun Almaniyada yaşayan Azərbaycan icması üçün gördüyü işlərdən bəhs edib. Həftəsonu ana dili və musiqi kursları üçün buraxılmış Azərbaycan dili və musiqisi kitabları Azərbaycan evinə hədiyyə edilib.

Komitə sədrinin görüş iştirakçılarına salamlarını və Novruz bayramı münasibətilə təbriklərini çatdıran Nuran Abdullayev Şuşada keçirilmiş Zəfər qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqini vurğulayaraq diaspor qarşısında yeni prioritet məqsədlərin yarandığını bildirib. O, Alyansın Almaniyada gördüyü işlər, səfirlik və Alyansın, ümumilikdə diasporumuzun birgə fəaliyyəti, Azərbaycan əleyhinə aparılan kampaniyalara qarşı atılan addımlar haqqında məlumat verib.

Tədbir iştirakçıların sual-cavabı ilə davam edib.





Siyasət