Riyaziyyatçı alim yeni elmi araşdırmalar aparıb

post-img

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda yeni elmi araşdırmalar aparılıb.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, Riyazi analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Vaqif Quliyevin həmmüəllifi olduğu “Dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında maksimal və Kalderon-Ziqmund operatorları və onların tətbiqləri” adlı məqalə həmin elmi araşdırmalardan bəhs edir.

Məqalədə yeni dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarının tərifi verilir və bu fəzalarda maksimal və Kalderon-Ziqmund operatorlarının məhdudluğu isbat edilir.

Qeyd edək ki, məqalə “Applicable Analysis” (WoS, IF-1.1) Q3 yüksək impakt faktorlu jurnalda yer alıb.



Elm