“İnklüziv təhsil səfirləri” layihəsinə start verildi

post-img

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “İnklüziv Təhsil Səfirləri” layihəsinə start verilib. 

XQ xəbər verir ki, layihənin əsas məqsədi inklüziv təhsil səfirləri vasitəsi ilə layihənin əhatə dairəsinə aid olan müəssisələrdə təhsilalanlar və təhsilverənlər arasında inklüziv təhsillə bağlı geniş maarifləndirmə işləri aparmaqdan ibarətdir. 

Layihə çərçivəsində Gəncə Dövlət Universitetində pedaqoji təhsil alan III və IV kurs tələbələri səfir kimi seçilərək onlar üçün xüsusi təlimlər keçiriləcək və mentorluq dəstəyi göstəriləcək. Proqramı uğurla başa vuran “İnklüziv təhsil səfirləri” Gəncə şəhərində fəaliyyət göstərən məktəblərdə pedaqoji heyət və şagirdlər üçün təlim keçəcəklər. Layihənin sonunda isə nəticələr barədə ictimaiyyəti məlumatlandırmaq və inklüziv təhsili təşviq etmək məqsədi ilə Gəncə şəhərində “İnklüziv təhsil forumu” təşkil ediləcək. 

Qeyd edək ki, layihə yanvar-iyul aylarını əhatə edir.

Anar ƏLİ

XQ

Elm