Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib

post-img

AMEA-nın Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib. Elmi seminar “Akademik Ziya Bünyadovun 100 illik yubileyi”nə həsr edilib.  

Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.

İnstitutun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev “Akademik Ziya Bünyadovun  əsərlərində Cənubi Qafqaz” mövzusunda məruzə  edib.  

Məruzə ətrafında müzakirələr aparılıb.  

Anar ƏLİ
XQ

Elm