Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru Nizami Muzeyinin qonağı olub

post-img

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən verilən məlumata görə, Qazaxıstanın Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Ziyabəy Kabuldinov AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürovun müşayiəti ilə muzeyi ziyarət edib.

Qonaqları muzeyin ekspozisiyası ilə Aygün Abbasquliyeva tanış edib. 

Tarixçi-alim ekspozisiyanın zənginliyini xüsusi vurğulayaraq, muzeydəki eksponatlarla yaxından tanış olduqca Azərbaycan ədəbiyyatı tarixinin inkişafının bütün mərhələləri barədəməlumat əldə edə bildiyini söyləyib.

Qonaq Türk xalqlarının bir-birini yaxından tanıması baxımından ortaq mədəniyyətin və ədəbiyyatın daha da inkişaf etdirilməsi arzusu ilə muzeyin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib, muzeyin “Rəy kitabı”na ürək sözlərini yazıb.

 

Qabil YUSİFOĞLU, “XQ”







Elm