İkinci dəfə Fərdi İnkişaf Forumu keçiriləcək

post-img

Avropa Azərbaycan məktəbində “Dadashsoy Business School” və “Safavy.org” tərəfindən ikinci dəfə Fərdi İnkişaf Forumu baş tutacaq.

XQ-nin əldə etdiyi məlumata əsasən, forum 19 noyabrda keçiriləcək.

Fərdi inkişaf istiqamətlərini əhatə edəcək forumda 9 peşəkar spikerin çıxış edəcəyi gözlənilir. Tədbir biznes psixologiyası, qadağan etməli olduğumuz vərdişlər, şüuraltının inkişafımıza təsiri, çətinliklər fonunda müvəffəqiyyətlər, yaradıcı beyinlər, xarici dilin şəxsi inkişafda önəmi, qızıl xətt və bu kimi mövzuları əhatə edəcək.

Forumda Elxan Sultanlı, Rüfət Həsənov, Tural Məmmədov, Vüsalə Abbasova, Aytən Eynalova, Fariz Məmmədov, Tamerlan İsmayılov, Jalə Bəhramova, Nərgiz Əkbərov olmaqla sahəsi üzrə ixtisaslaşmış spikerlər çıxış edəcəklər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Elm