Qazaxıstanlı alimlər Dilçilik İnstitutunda olublar

post-img

AMEA-nın Dilçilik İnstitutunda Qazaxıstanın Şəkərim adına Serney şəhər Universiteti Abayşünaslıq Mərkəzinin müdiri, dosent Akmaral Smarqula, dosent Karşığa Mukarova və Elmira Səmədbəyova qonaq olublar.

Görüş çərçivəsində kitabxana sahəsinin perspektivləri müzakirə olunub. Dilçilik İnstitutu kitabxanasının müdiri Sevil Zülfüqarova Qazaxıstan Serney Universiteti və Dilçilik İnstitutu kitabxanalarının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Kitabxanada qazaxlı oxucuların böyük marağına səbəb olan Azərbaycan dilçiliyinə aid bir sıra kitabların sərgisi təşkil olunub.

Sonda Qazaxıstan Serney Universitetinin kitabxanası Dilçilik İnstitutunda nəşr olunan kitablar hədiyyə olunub

Anar ƏLİ,

XQ

Elm