2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. Nobel Komitəsi oktyabrın 3-də ABŞ-ın Ohayo Dövlət Universitetindən Pyer Aqostini, Maks-Plank Kvant Optika və Münhen Lüdviq-Maksimilian Universitetindən macar-avstriyalı alim Ferens Krauz və İsveçin Lund Universitetindən fransız Ann L`yülyenin 2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.
Onlar bu mükafata “maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullar üçün” tədqiqata görə layiq görülüblər.
XQ