Səfirlik qatili edam ediləcəkmi?

post-img

Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublika­sında istintaq edilən cinayət işinin ge­dişatı diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

“Belə ki, İranın qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məh­kəməyə göndərilib və prokuror tərəfin­dən təqsirləndirilən şəxsin ən ağır cə­zaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən ye­kun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlar­da məhkəmə tərəfindən ədalətli hök­mü çıxarılaraq layiqli cəzanın verilmə­si təmin ediləcək”, - məlumatda qeyd edilib.

XQ

Son xəbərlər