Hüquqşünas tələbələr buraxılış işlərini müdafiə ediblər

post-img

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə qurumun inzibati binasında 19-23 iyun tarixlərində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilmişdir. 

Təqdim edilmiş buraxılış işlərinin ək­səriyyəti yüksək qiymətləndirilmiş və tələ­bələrin müdafiəsi müvəffəqiyyətlə başa çatmışdır. Müdafiə prosesində Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Ko­missiyasının sədri, Baş prokuror, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyevlə ya­naşı, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, komissiyanın sədr müa­vini Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, kafedra müdirləri və Hüquq klinikasının rəhbəri iştirak ediblər. Buraxılış işlərini müdafiə etmiş tələbələri təbrik edir, onlara uğurlar arzulayırıq!

Q.QASIMOV, “Xalq qəzeti”

Elm