Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Forumu

post-img

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə iyunun 22-24-də Tümen şəhərində AMOR-un Ural-Sibir Regionlararası Forumu keçirilib. 

Birlikdən bildiriblər ki, AMOR-un yed­dinci regionlararası forumu olan bu təd­birdə təşkilatın 12 nümayəndəliyi iştirak edib.

Tədbirin fəxri qonaqları Tümen vilayə­tinin Millətlərlə İş üzrə Komitəsinin şöbə müdiri Vildan Yakupov, İdman və Gənclər Siyasəti Departamentinin nümayəndəsi Marina Şestakova, Tümen Regional Du­masının deputatı Larisa Tsupikova olub­lar.

Forumda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Rusiya Federasiyasında AMOR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilib. İştirakçılar arasında mü­zakirələr zamanı Rusiya Federasiyasında Azərbaycan gəncliyinin hərtərəfli inkişafı­na yönəlmiş və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin ümumi hədəflərin­dən, planlardan söz açılıb. Tədbirdə regi­onal bölmələrin nümayəndələri könüllülük, ekologiya və sağlam həyat tərzi sahələrin­də planlaşdırılan layihələri müzakirə edib, cari və qarşıda duran tədbirlər haqqında məlumat və fikir mübadiləsi aparıblar. 

Sonra regional bölmələrin inkişaf perspektivləri müzakirə olunub və qarşıda duran hədəflər müəyyən edilib.

Həmçinin iyunun 24-də forum çərçivə­sində “Xalqlar Dostluğu” parkında təşki­latın ənənəvi ağacəkmə aksiyası baş tu­tub. Aksiyada AMOR-un nümayəndələri, Tümen Şəhər Administrasiyasının İdman və Gənclər Siyasəti Departamentinin mü­diri və Tümen Şəhər Administrasiyasının Millətlərarası Əlaqələr Komitəsinin nü­mayəndəsi iştirak ediblər.

Forumun rəsmi hissəsinin sonunda iştirakçılar “Svoboda” teatrında görkəmli geoloq Fərman Salmanovun həyatından bəhs edən “İzlənilməz optimist” tamaşa­sına baxıblar.

Son xəbərlər