Şuşa rayonunun coğrafiyasından bəhs edən kitabın təqdimatı olub

post-img

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Şuşa inzibati rayonunun coğrafiyası: təbii şəraiti və sosial-iqtisadi inkişaf potensialı” kitabının təqdimatı olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Baş direktor Zakir Eminov bildirib ki, institutun hazırladığı kitab “Şuşa İli”nə həsr edilib. Qarabağın inzibati rayonları arasında özünəməxsusluğu ilə fərqlənən Şuşa rayonunun coğrafıyasından bəhs edən kitabda onun fiziki və iqtisadi coğrafiyası, toponimiyası, demoqrafik inkişaf potensialı, turizmin inkişaf yollan haqqında məlumatlar toplanılıb, onların idarə edilməsi imkanları təhlil olunub.

12 fəsildən ibarət kitabın hər fəsli haqqında müfəssəl məlumat verən institut rəhbəri aparılan təhlillərin Şuşa inzibati rayonunun öyrənilməsi, onun sosial-iqtisadi, mədəni inkişaf yollarının müəyyən edilməsi üçün əhəmiyyətli mənbə olacağını diqqətə çatdırıb.

Qarabağ hadisələrinə həsr olunmuş onlarla kitabın müəllifi Nazim Tapdıqoğlu Şuşa şəhərinin qısa tarixi - yaranması, süqutu, toponimikası, ermənilər tərəfindən işğalı, Ordumuz tərəfindən azad olunması, Şuşanın alınmasında iştirak edən hərbçilər və s. haqqında çıxış edib.

Coğrafiya elmləri doktorları Səid Səfərov, Çingiz Gülalıyev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Ənvər Əliyev, İnstitut Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev və başqaları da çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.



Elm