Amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys mediaya açıqlamasında ABŞ və Fransanın ekoloji gündəliyin həyata keçirilməsi ilə bağlı Azərbaycana və digər ölkələrə təzyiq göstərməyə heç bir haqqı olmadığını bildirib. Ekspert, eyni zamanda, Azərbaycanın qabaqcıl tədqiqatlara əsaslanaraq “yaşıl texnologiya”ların inkişafına və ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini qeyd edib.
P.Teys vurğulayıb ki, Qərb dövlətlərinin hücumlarına və tənqidlərinə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdə davam edir. Onun sözlərinə görə, COP29, hətta Qərb siyasətçilərinin, o cümlədən ABŞ Dövlət Departamentinə müraciət göndərən 60 ermənipərəst konqresmenin bu hadisəni və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni ləkələmək cəhdləri qarşısında mühüm qlobal hadisə olacaq.