COP29 iştirakçıları üçün tarif portalı

post-img

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirakları təsdiqlənən nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verilib.

COP29-un “X” sosial şəbəkəsində­ki hesabında bununla bağlı edilən payla­şımda bildirilib: “Portal COP29 zamanı nümayəndə heyətlərinə göstəriləcək xid­mətlərin logistikasını və planlaşdırılmasını optimallaşdırmaq üçün yaradılıb. Bu portal tədbir üçün zəruri olan mebel, audiovizual avadanlığın və birbaşa yayım xidmətləri­nin icarəsi variantlarını müqayisə etməyə, həmçinin logistika əməliyyatlarını daha rahat və mütəşəkkil şəkildə həyata keçir­məyə kömək edəcək”.

Ekologiya