Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldla ilə keçirilən görüş zamanı tərəflər arasında su ehtiyatlarının idarə edilməsi sahəsində təcrübə və bilik mübadiləsi, potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət əsnasında bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyası Tərflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi haqqında da müzakirələr aparılıb.
Görüşdən sonra səfir Ferqus Auld “X” sosial şəbəkəsində bu görüşlə bağlı paylaşım edib. İqlim dəyişikliyinin əsas fəsadlarından birini su ehtiyatlarının mənfi təsirə məruz qalması ilə əlaqələndirən səfir yazıb: “Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ilə COP29-dan əvvəl və sonra əməkdaşlıq yolu ilə bu problemin öhdəsindən gəlmək yollarını müzakirə etdik”.
XQ