Anqolada COP 29 sərgisi

post-img

Anqolada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının (ADT) dəstəyi və Camunga Orkestri Mərkəzinin birgə təşkilatçılığı ilə bu ölkə  məktəblilərinin COP 29-a həsr olunan əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Anqolanın Luanda şəhərindəki Camunga Mərkəzində açıq havada reallaşan sərgi barədə soydaşımız, ADT-nin prezidenti Billurə Bayramova məlumat verib. O, belə tədbirlərin keçirilməsinin zəruriliyini və Luandada adıçəkilən mərkəzin valideynlərini itirmiş, aztəminatlı və qüsurlu uşaqların evi kimi tanındığını qeyd edib. B.Bayramova eyni zamanda, rəsm sərgisini yeni dünyaya açılan yeni pəncərə adlandırıb.   

Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən danışıb, ekoloji mühitin yaxşılaşdırılmasının və bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsini   bütün ölkələr üçün prioritet vəzifə olduğunu bildiriblər. Belə sərgilərin keçirilməsində məqsədin isə insanları, xüsusilə, gəncləri ekoloji proseslərdə fəal iştiraka sövq etmək, bu sahədə maarifləndirməni diqqət mərkəzində saxlamaq    və genişləndirmək olduğunu vurğulayıblar.    

Natiqlər qeyd ediblər ki, yerli mərkəzlərlə hər növ iş birliyi ölkələr arasındakı iqtisadi, mədəni və elmi körpülərin yaranmasını şərtləndirir, gənclərin xalqların dili, mədəniyyəti, tarixi haqqında bilgilərini dərinləşdirir.   

Sərgidən sonra iştirakçılar Luandada yeni açılmış Elm muzeyini də ziyarət ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

XQ

 

Ekologiya