Abşeronda yağmursuz, bölgələrdə yağış, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu , nisbi rütubət gecə 70-80 , gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperatu­ru: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimər­liklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələr­lə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətə­yi rayonlarda leysan xarakterli inten­siv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlar­da yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° , dağlarda gecə 14-18°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya