Gün yağıntılı, dumanlı və küləkli keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində inten­sivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağa­cağı ehtimalı var. Arabir güclənən şi­mal-qərb küləyi əsəcək, axşama doğru zəifləyəcək. Gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında– bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar ya­ğacağı gözlənilir. Ayrı-ayrı yerlərdə in­tensiv olacağı ehtimalı var. Arabir du­man olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 2-6°, gün­düz 6-10° isti, dağlarda gecə 3-8°, gün­düz 0-3° şaxta olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya