Reza Deqatinin “Xocalı soyqırımı” fotosalnaməsi

post-img

Dünən Azərbaycan Texniki Universitetində (ATU) “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində “Reza Deqatinin gözündə Xocalı soyqırımı” adlı toplantı keçirilib.

Gənclər Fondu və “Gənclərin Maarifləndirilmə­sinə Dəstək” İctimai Birliyi­nin təşkilatçılığı ilə keçirilən görüşdə Xocalı faciəsini çəkdiyi fotolarla dünyaya çatdıran fotojurnalist Reza Deqati də iştirak edib.

ATU-nun prorektoru Nərmin Rzayeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışlarında soyqı­rımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çat­dırılmasında Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd ediblər. 

Dünya şöhrətli fotojur­nalist Reza Deqati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib. O, həmin ağrılı və acılı günlərin indi də gö­zünün önündə canlandığını söyləyib. Fotoqraf Xoca­lıda çəkdiyi fotolarla bağlı həqiqətləri hər zaman dün­yaya çatdırmağa çalışdığını bildirib.

XQ

Sosial həyat