İtburnu dəmləməsi – daşı təmizləməsi

post-img

Rusiyanın alternativ tibblə məşğul olan məşhur professoru İvan Pavloviç Neumıvakin bu günlərdə qaraciyər və böyrəkləri təmizləyən unikal resept hazırlayıb və paylaşıb. Bu müalicə üsulunun insanlara gərəkli olacağını nəzərə alıb oxuculara təqdim edirik.

Professorun reseptinə uyğun məlhəm belə hazırlanır:

Termosa 5 xörək qaşığı üyüdül­müş itburnu və 3 stəkan qaynar su tökülür və gecədən səhərə kimi sax­lanılır.

Ertəsi gün həmin qarışıq süzülür. Səhər tezdən, yuxudan oyanan kimi bu dəmləmədən bir stəkan içmək və isidicini (“qrelkanı”) qaraciyərin üzərinə qoyub 30 dəqiqə uzanmaq lazımdır. Yarım saat sonra bu dəm­ləmədən yenə 1 stəkan içib uzanmaq tövsiyə edilir.

Bunu 3 gün ardıcıl təkrar etmək la­zımdır.

Həmin prosedurdan sonra, həqiqətən, qaraciyər və böyrək təmizlənir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat