Səmərqənd təbiətə sevgiyə qucaq açıb

post-img

Səmərqənd şəhərində BMT-nin Vəhşi Heyvanların köçəri növlərinin Mühafizəsi haqqında Konvensiyasına daxil olan tərəflərin konfransının 14-cü iclası keçirilib. 

“Təbiət sərhəd tanımır” devi­zi altında keçirilən tədbirdə bey­nəlxalq təşkilatların nümayəndələri, 100-dən çox dövlətin təmsilçiləri, bu sahənin ekspertləri iştirak edib. 

İclasda Özbəkistanın baş naziri Abdulla Aripov dövlət başçısı Şav­kat Mirziyoyevin tədbir iştirakçıları­na müraciətini oxuyub. 

Müraciətdə deyilir ki, köçəri hey­vanlar, o cümlədən quşlar planetin ekosisteminin ayrılmaz tərkib his­səsidir. İndi onlar yaşayış yerlərinin məhv edilməsi, iqlim dəyişkənliyi və brakonyerlik kimi problemlərlə üz­ləşirlər. Bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib amillərdəndir. 

Tədbirin açılışında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini, BMT-nin ətraf mühitin mühafizəsi üzrə Proqram direkto­ru İnqer Andersen, Qlobal Ekoloji Fondun Baş direktoru Karlos Rod­riqes, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının direktoru Qretel Aqilar və digər şəxslər çıxış edib. 

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyiş­kənliyi naziri Əziz Abduxakimov öz çıxışında bu sahədə Özbəkis­tan hökumətinin apardığı siyasət haqqında məlumat verib, gələcək planlardan danışıb. O deyib ki, ölkə­də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir. Ölkədə mühafizə olunan ərazilərin sahəsinin altı milyon hektara çatdı­rılması istiqamətində işlər görülüb, ildə 200 milyon ting əkilməsi və Ara­lın ekosisteminin yaxşılaşdırılması­nı nəzərdə tutan ümumrespublika layihəsinə start verilib. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Səmərqənd

 

Son xəbərlər