Bəzi yerlərdə arabir yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin məlumatına əsasən, avqustun 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər ya­rımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxa­nı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşə­cəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya