“Google xəritə” elektromobili də unutmadı

post-img

Getdikcə istifadəsi artan elektrik avtomobilləri üçün “Google xəritə”də yeniliklər edilib. Artıq elektromobil istifadəçiləri “Android Auto” üçün “Google xəritə”də yanacaqdoldurma məntəqələri əvəzinə, elektrik (şarj) doldurma məntəqələri görünəcək. 

Qeyd edək ki, ilk praktiki elektro­mobil 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axır­ları və 20-ci əsrin əvvəlləri məşhur olsa da, daxiliyanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərindən istifadənin azalması­na səbəb olmuşdur. Araşdırmalar qlobal elektromobil satışının ümumi avtomobil bazarında 19 faiz olduğunu göstərir.

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya