“Samsung”un qatlanan planşet və noutbukları

post-img

Məlum olduğu kimi, “Samsung” uzun zamandır ki, qatlana bilən smartfonlar istehsal edir. İndi isə şirkət eyni funksiyalı planşetləri və noutbukları hazırlamaq niyyətində­dir. 

“Samsung”un mobil şöbəsinin rəh­bəri T.M.Roh bildirib ki, smartfonlardakı yeni texnologiyalar növbəti mərhələlər­də həm planşetlərdə, həm də nout­buklarda tətbiq ediləcək. Bu məqsədlə şirkət çoxlu resurs sərf edib. T.M.Roh onu da əlavə edib ki, şirkət qatlana bilən planşetlər ilə noutbukları o zaman satışa çıxaracaq ki, o öz alıcılarına la­zımi innovasiyaları təqdim edə bilsin.

“Samsung display” bir müddət bundan əvvəl şirkətdaxili təqdimat ke­çirərək, “All Around Full Screen” adlı növbəti nəsil ekran texnologiyasını təqdim etmişdi. “Ice universe” ləqəbli məşhur insayderin sərgilədiyi fotodan da görmək olur ki, yeni nəsil ekranın ətrafında heç bir çərçivə olmayacaq və ekranın kənar hissələri smartfonun gövdəsi ilə birləşəcək. 

Şirkət yaxın aylarda smartfonunu satışa çıxaracaq.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya